Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək

Hazırda oxunan: Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək

586799
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 18-də Neftçalada ədliyyə fəaliyyəti ilə bağlı Neftçala, Salyan və Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
 
Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, Firuz İsmayılov küçəsi, 17, əlaqə telefonu: (021) 215-60-23, (055) 238-78-28), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
 
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin