Rauf Arifoğlu: “Xaliq Bahadır psixi problemləri olan bir insandır”

Hazırda oxunan: Rauf Arifoğlu: “Xaliq Bahadır psixi problemləri olan bir insandır”

42593

“Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadır saytımıza açıqlamasında “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu və və Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı haqqında kəskin ittihamlar səsləndirib. Hər iki şəxsin müxalifət daxilində pozuculuq fəaliyyəti göstərdiyini iddia edən X.Bahadır, bu gerçəyin bəzi xarici güclərə də bəlli olduğunu vurğulayıb.

Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Rauf Arifoğlu X.Bahadırın məlum açıqlamasına önəm vermədiyini bildirdi və bunu sözgedən şəxsin normal psixoloji duruma malik olmadığını qeyd edib:

“Xaliq Bahadır psixi problemləri olan bir insandır. Bu səbəbdən də onun sözlərinə önəm verməyi hacət bilmirəm”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin