Bu barədə Moderator.az-a məlumat verən Kəmalə Ağazadənin dediyinə görə, X.Hidayətqızının aparıcısı olduğu proqramda uşaqlara psixoloji zorakılıq edilir:
“ “Səni axtarıram” verilişində dövlət qurumunun hüqüqsünaslarının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir. Neçə vaxtdır ki, mən bu verilişdə uşaqların qarşılaşdığı mənəvi və psixoloji zorakılıqları müşahidə edirəm. Xoşqədəm Baxşəliyeva, buna son qoyun”.































































































