Gəncə Dövlət Universitetində tanınmış alim Sədnik Paşa Pirsultanlı ilə vida mərasimi keçirilib.Vida mərasimində şəhər rəsmiləri və tanınmış ziyalılar iştirak edib.
Qeyd edək ki,Sədnik Xəlil oğlu Paşayev (Pirsultanlı) 1929-cu ildə Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. Qırxdan artıq kitabın müəllifi olan alim əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub. Sədnik Paşa Pirsultanlı Nizami Gəncəvinin, Aşıq Şəmşirin, Xəstə Qasımın yaradıcılığının tədqiqatçısı kimi tanınıb.
Allah Rəhmət eləsin.



































































































