ADNSU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalandı

Hazırda oxunan: ADNSU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalandı

191542
Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qars Qafqaz Universitetinin “Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiri Hacəli Nəcəfoğlu ilə görüşüb.

Görüşdə beynəlxalq əməkdaşlıq, universitet və müxtəlif müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi, startap layihələri, Mövlanə mübadilə proqramı və digər məsələlər müzakirə edilib.

ADNSU-nun rektoru, professor M.Babanlı yeni qurulan laboratoriayalar, universitetin son illərdə nail olduğu uğurlar, kadr hazırlığı, Fransa-Azərbaycan Universiteti (UFAZ) və universitetin qouşlduğu mübadilə proqramları haqqında məlumat verib.

Təmsil etdiyi universitet haqqında məlumat verən Qafqaz Universitetinin “Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin müdiri H.Nəcəfoğlu tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlığın inkişafının zəruri olduğunu qeyd edib. .

Görüşdə əməkdaşlıq və Mövlanə mübadilə proqramı barədə protokol imzalanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin