KXCP 28 may Cümhuriyyət günü münasibəti ilə xalqı təbrik etdi

Hazırda oxunan: KXCP 28 may Cümhuriyyət günü münasibəti ilə xalqı təbrik etdi

138484

Əziz həmvətənlər!

28 may 1918- ci il - Azərbaycan xalqının şərəf tarixinin yazıldığı ən dəyərli günlərdən biridir. Həmin gün Xalqımız Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının öndərliyi ilə imperialist qüvvələrin ağır basqıları altında Rusiyanın müstəmləkə zəncirlərini qıraraq müsəlman şərqinin, Türk dünyasının ilk respublikasını -Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində ölkəmizi bəşəriyyətə çağdaş dünyanın milli-demokratik dövləti kimi tanıtmış, qısa müddət ərzində demokratik islahatlar apararaq milli ”“ dövlətçilik tariximizin şanlı səhifələrini yaratmışdır.

Rus sovet İmperiyası 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratsa da, xalqımızın iradəsini qıra bilməmişdir. 71 il sonra ”“ 1991-ci ildə Elçibəyin rəhbərliyi və silahdaşlarının iştirakı ilə Milli Azadlıq Hərəkatının nəticəsi olaraq dövlət müstəqilliyimizi bərpa edildi. “Bir kərə yüksələn bayraq, bir daha enməz”x9d həqiqəti bird daha təsdiqləndi..

Əziz həmvətənlər!

Sizi, bu möhtəşəm bayram münasibəti ilə təbrik edirəm. İnanırıq ki, Xalqımızın şərəfli mübarizəsi Azərbaycanımızın bütövləşməsi ilə nəticələnəcəkdir.

Azərbaycan adı və istiqlalı uğrunda mübarizə aparan şəhidlərimizin ruhu şad, vətənimiz azad və abad olsun.

Bayramınız mübarək!

Klassik Xalq Cəbhəsi Partiyasının Sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəli oğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin