Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Hazırda oxunan: Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

137685
Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Azərbaycan prezidenti İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Tədbir mayın 23-24-də keçiriləcək.

Sammitdə BMT-nin baş katibi Pan Gi Mun və bir çox dünya liderləri də iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev axırıncı dəfə Türkiyəyə aprelin 13-də səfər etmiş və İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmişdi.(Virtualaz.org)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin