Axı Aidə Alıyeva kimdir ki, özünü qolçomaq kimi aparır? - Mikayıl Cabbarova ilginc sual

Hazırda oxunan: Axı Aidə Alıyeva kimdir ki, özünü qolçomaq kimi aparır? - Mikayıl Cabbarova ilginc sual

124454
Bakı şəhəri  Xətai rayonunda yerləşən 116 nömrəli orta məktəbin direktoru haqqında Moderator.az-a aşağıdakı məzmunda şikayət ərizəsi daxil olub. Şikayətçinin xahişini nəzərə alaraq onun adını və ünvanını yazmırıq:


Mənim övladım Xətai rayonunda yerləşən 116 nömrəli orta məktəbdə oxuyur. Məktəbin direktoru Aidə Alıyevanın pul yığma kampaniyası biz kasıb valideyinləri bezdirib deyə mətbuat vasitəsi ilə Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edirəm.

Cənab nazir, 116 saylı məktəbin direktoru Aidə Alıyeva hər il dekabrın 14-də ad günü münasibəti ilə hər şagirddən 15 manat, hər il fond pulu adı ilə 30 manat pul yığır. İndi də qarşıdan gələn 8 mart qadınlar bayramı münasibəti ilə hər şagirddən 30 manat yığılmasına tapşırıq verib. Pul verməyən şagirdin məktəbdən qovulması tapşırııb. 116 nömrəli orta məktəbdə 800 şagird təhsil alır. Axı bu direktor Aidə Alıyeva kimdir ki. özünü qolçomaq kimi aparır? Ailəmiz acınacaqlı vəziyyətdə dolanır. Qorxuram ki, pulu verə bilmədiyimiz üçün övladımı məktəbdən qovarlar.

Cənab Mikayıl Cabbarov, bütün kasıb valideynlər adından xahiş edirəm, bu qanunsuzluq faktını araşdırıb müəllim adına yaraşmayan qanunsuz əməllərlə məşğul olan Aidə Alıyevanın barəsində tədbirlər görəsiniz. 

Sizdən xahiş edirəm mümkün olsa adımı gizli saxlayın, qorxuram övladımı məktəbdən qovarlar. Allah köməyiniz olsun.  

Redaksiyadan: Nazirlik araşdırma aparmaq niyyətini bildirsə həmin valideynin kimliyini və ünvanını təqdim edə bilərik.

Eyni zamanda iddia ilə bağlı məktəb direktorunun da mövqeyini işıqlandırmağa hazırıq. İddianın nə dərəcədə doğru olub-olmadığını da təbii ki, biz araşdrımaq imkanında deyilik. Naziriliyin mövqeyni gözləyəcəyik.                                           
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin