Müdafiə Nazirliyi və Dövlət Komitəsinin birgə planı var

Hazırda oxunan: Müdafiə Nazirliyi və Dövlət Komitəsinin birgə planı var

119442
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb.xa0

Moderator.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədə əsasən keçiriləcək tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər təşkil olunacaq.xa0

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, tarixçilər, elm xadimləri, ilahiyyatçı alimlərin iştirakı ilə birgə dəyirmi masaların təşkili də nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin