Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin Nəsimi Rayon Məhkəməsinin qərarından Ali Məhkəməyə ünvanlanan şikayətinə hakim Hafiz Nəsibov baxacaq. Məhkəmənin hansı tarixdə keçiriləcəyi isə hələlik bəlli deyil.
Moderator.az məhkəmə
prosesinin tarixini öyrənmək üçün Ali Məhkəmə ilə əlaqə saxlayıb. Ali Məhkəmədən
saytımıza verilən məlumata görə, iş Nəsimi Rayon Məhkəməsindən yenicə tələb
edildiyi üçün məhkəmə prosesinin vaxtı müəyyənləşməyib. Məhkəmə prosesinin
vaxtının həftənin sonlarına doğru müəyyənləşəcəyi ehtimal olunur.
Məlumat
üçün qeyd edək ki, Eldəniz Quliyev Ali Məhkəməyə müraciət edərək Nəsimi
Rayon Məhkəməsinin 2014-cü il 30 oktyabr tarixli hökmü ilə ona kəsilən ictimai
işlər cəzasının ləğv edilməsini xahiş edib və buna əsas olaraq bu ilin 20 aprel
tarixində 63 yaşının tamam olduğunu göstərib.
Onu
da qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, yaşı 63 olan şəxslər barəsində
ictimai işlər cəzası tətbiq oluna bilməz.
Seymur Əliyev





































































































