Möhtəkirlik və tamahkarların insanlığa vurduğu fəsadların acı nəticələri...

Hazırda oxunan: Möhtəkirlik və tamahkarların insanlığa vurduğu fəsadların acı nəticələri...

78874

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxuculara təqdim edir:

“Bir neçə ay əvvəl küləyin fəlsəfəsi haqqında statusumda yazmışdım. Yenidən bu mövzuya qayıtmağıma səbəb 2 gün əvvəl Binəqədi rayonun ərazisində çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın nəticəsində ölən və yaralananlarının çox olmasıdır. Dövlət tərəfindən təhlükəsizlik üçün alınan bu qədər bahalı texnikanlar, məmur özbaşınalıqlarının və onların insan həyatları ilə odla oynamaqları qarşısında çox aciz göründü. Bütün bunlar hökümətin ölkə daxili yanlış siyasətlərinin bariz nümunəsi idi. Özbaşnalıq o həddə çatıb ki, heç kim, heç kimin dəftərini oxumur deyə binalara vurulan üzlüklərin insanlar üçün nə qədər təhlükə olacağını ağıllarına belə gətirməyiblər, gətirsələr də haram pul o qədər gözlərin tutub, qəlbləri ölüb ki, sonunu düşünməkdən məhrum olublar. Görülən zahiri işlər insanlar üçün deyil, ciblərini doldurmaq üçün hesablandığından narazılıqlar və naqisliklər o qədər böyümüş ki, belə hadisələrdə ancaq qınaq obyektinə çevriliblər.

Bu dəhşətili hadisə hakimiyyət üçün bir mesaj, ya külək idi. Küləyin əsməsi Allahın kəramət, qüdrət, hikmət və ədalətindəndir. Hikmət əhli belə hadisələrdən nəticə çıxarar. Baxın küləyin təbiətdə gördüyü işi bütün bəşər əl-ələ versə belə çatdıra bilməz və isanları düşünməyə dəvət edir. Eləcə də Allah zaman-zaman insanları durumuna və gücünə görə imtahan edər ki, insanlar ayıq-sayıq olsunlar. Belə faciələrin (küləyin əsməsi) baş verməsi ilə bitmir, əksinə fəsadların yaranma səbəbləri və aradan qaldırılması, xəstəliklər və onun müalicəsi, fərdi-ictimai durum və müqvimət və sair üzə çıxır. Bu bir yanğın (külək) idi ki, kimin leş (iylənmiş ət), kiminsə gül bağçası olduğunu tanıtdırdı. Bir tərəfdən kədərli və üzüntülü hadisə zamanı hamını bir ailə kimi birləşməsi, digər tərəfindən harınlamış fərsiz məmurlar korpusu və onları dəstəkləyən süfrə qırıntıları ilə özlərin təminatın tapan təbəqə. Hər iki söz sahiblərinin yanlış fikirləri, insanlara faciə bərabər, fikir damğasını vurdu. Bu bir külək idi ki, hər kəsin iç dünyasını üfunətini və yerlərində olmadığın əyani göstərdi. Xüsusən TV məkanında sözçülərin hikmət aləmindən bixəbər və dayaz təfəkkürl olmaları, yaranmış situasiyalarda bir daha üzə çıxdı. Saatlarla insanların vaxtların alan "məşhur" aparıcıların bu illər ərzində təfəkkürdə bir addım da irəli getmədiklərini təsdiqlədi. Biz hara gedirik bu təfəkkürlə?. Milli mənəvi dəyərləri şou və paraya qurban verilməsinin nəticəsi belə acınacaqlı olar. Bu qədər elm və təhsil ocaqlarının olması insanları mənəvi aləmə aparaıb şəxsiyyət kimi formalaşdırmırsa əsil faciə küləkdən sonra başlayır. Şəxsiyyət - fəaliyyətlərində səhv getdiyini anlayıb, düşünüb, həqiqət yolunu tapıb və yollarını dəyişən hürriyyətili (azad) insanlara deyilir. Fəaliyyət isə fikir və əməllərdə hərəkətdə hala deyilir...”x9d

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin