"Intihar əsrin bəlasıdır" desək yanılmarıq. Mütəxəssilər buna səbəb kimi müxtəlif faktları irəli sürsələr də məhz psixoloqlar intihara aparan yolun depressiyadan keçdiyini bildirir. Maraqlıdır, hansı dünya ulduzları intihar edərək həyatla vidalaşıblar?
Moderator.az bununla bağlı qısa bir araşdırma aparıb.
Məşhur caz ifaçısı, “Modern caz” qrupunun rəhbəri Cet Baker 1929”“cu ildə anadan olub. Bir çox uğurlara imza atan caz ustası da məhz intihar edən ulduzlar sırasındadır. 1988”“ci ildə 59 yaşlı Cet Baker qəbul etdiyi kokainin təsiri altında yaşadığı otelin eyvanından atlayaraq intihar edib.
1882”“ci ildə dünyaya gələn şöhrətli İngilis yazarı Virciniya Vulf 59 yaşında paltosunun ciblərinə daş yığaraq çaya girir. Yazarın cəsədi 2 gündən sonra uşaqlar tərəfindən tapılır. Ölüm səbəbi intihardan öncə həyat yoldaşına yazdığı məktubda bəlli olur. Məlum olur ki, yazarın canına qəsd etməsinə səbəb depressiya olub.
1895”“ci ildə anadan olan məşhur rus şairi Sergey Yesenin də intihar edərək həyatına son qoyub. Belə ki, o 1925”“ci ildə yaşadığı oteldə özünü asaraq intihar edib. Bəziləri onun öldürüldükdən sonra asılıdığını iddia etsə də bu fərziyyələr əsassız olub. Şairi intihara aparan səbəb hələ də məlum deyil.
Çox qadınların həsəd apardığı məşhur gözəl Merlin Manrou da intihar edən məşhurlar siyahısındadır. 1926- cı ildə Los”“Ancelosda dünyaya gələn cazibədar aktrisanın öz yatağında cansız cəsədi tapılıb. 36 yaşında həyata vida edən Melin Monrounun ölümünə səbəb kimi Barbitürat yuxulayıcı dərmanından yüksək dozda qəbul etməsi olub.
Digər intihar edən kino ulduzu isə rejissoru olduğu gözəl filmləri ilə yaddaşlarda qalan , 1944-cü il təvəllüdlü Toni Skottdur. Məşhur kinorejissor 2012-ci ildə körpüdən atlayaraq intihar edib. 68 yaşında həyatla vidalaşan Toni Skottun intihar etməsinin səbəbi bu günədək məlum deyil. Intihardan öncə yazdığı kiçik məzmunlu məktubda isə o həyat yoldaşına və iki oğluna qarşı olan sevgisindən yazıb.
Daha bir Hollivud ulduzu, çəkildiyi gözəl filmləri ilə yaddaşlarda həkk olunan aktyor Robin Uilyims 2014”“cü ildə yaşadığı evdə özünə qəsd edərək həyatına son qoyub. Verilən açıqlamalara görə onun ölümünə səbəb hava çatışmazlığı olub. Belə ki, o kəmərlə boğazını sıxaraq intihar edib. Məlumatlara əsasən aktyor ölümündən öncə alkoqolizm və narkotikdən əziyyət çəkirmiş. O hətta bunlara qarşı da müalicə alırmış. Digər tərəfdən də aktyorun maddi vəziyyətinin son zamanlar yaxşı olmadığı söylənilirdi...
Lalə Novruzlu

































































































