Feysbukda Eynulla Fətullayevə ana söyüşü söydüyünə görə Aydın Caniyev həbs olundu...

Hazırda oxunan: Feysbukda Eynulla Fətullayevə ana söyüşü söydüyünə görə Aydın Caniyev həbs olundu...

590114

Jurnalist Aydın Caniyev həbs olunub.

Bu barədə Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

İşə hakim Murad Məmmədovun sədrliyi ilə baxılıb. 

Onun barəsində Baş Prokurorluq tərəfindən məhkəməyə təqdimat daxil olub. Aydın Caniyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə bir ay müddətinə inzibati həbs qərarı verilib.

Məlumata görə, onun barəsində şikayəti jurnalist Eynulla Fətullayev verib. E.Fətullayev şikayətində Aydın Caniyev tərəfindən təhqir edildiyini göstərib.

E.Fətullayevin özü də bu barədə feysbuk hesabında paylaşım edərək ona ana söyüşü söydüyünüə görə baş prokuroar müraciət etdiyini bildirib:

"Adını çəkmək istəmədiyim məxluq burada, facebook-da, öz səhifəsində ana söyüşünə qədər alçaldı. Baş Prokuror hörmətli Kamran Əliyevə müraciət etdim. Məxluq 1 ay müddətinə həbsə atıldı. Hörmətli baş prokurora və məhkəməyə təşəkkür edirəm. Məncə, belə məxluqları idarə edənlərə də dərs olar! Allah ölənlərinizə rəhmət eləsin!"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin