Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi
Goranboyda ailə münaqişəsi qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon mərkəzində yerləşən yaşayış evlərindən birində baş verib.
Goranboy şəhər sakini, 57 yaşlı Ş. Aslanov aralarında yaranan mübahisə zamanı onunla bir evdə yaşayan oğlu, 1993-cü il təvəllüdlü E.Aslanova kəsici deşici alətlə müxtəlif bədən xəsarətləri yetirib. 33 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
...