Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO
Prezidentin sosial media hesablarında iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında ölkə başçısının çıxışı ilə bağlı görüntülər paylaşılıb.
Bizim.Media xəbər verir ki, sözügedən çıxışında Prezident Qarabağın bərpasında köməyə görə qırğızıstanlı həmkarına təşəkkürünü bildirib, iki ölkə arasındakı münasibətləri qardaşlıq adlandırıb.
“Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkə...