Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Ladislau-Marius Vizerə minnətdarlığını bildirdi, artıq ikinci dəfədir ölkəmizin bu mötəbər idman tədbirinə ev sahibliyi etdiyini dedi. Prezident İlham Əliyev çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı cüdonun ölkəmizdə məşhur və ən çox medal gətirən idman növlərindən biri olduğunu dedi, bu xüsusda cüdoçularımızın mötəbər yarışla...