Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Hazırda oxunan: Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

640111

Fransada məktəblilərin etiraz aksiyaları ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazların Paris yaxınlığındakı Kretey şəhərində yerləşən liseydən başladığı bildirilir.

Bizim.Media xəbər verir ki, aksiyalar nəticəsində 1 000-dən çox liseydə tədris prosesinin pozulduğu qeyd olunur.

Bu, ölkədəki liseylərin təxminən dörddə birinə bərabərdir. Şagirdlər daha çox müəllim, əlavə maliyyələşmə və təhsil müəssisələrində daha yaxşı şərait tələb edirlər.
 

Etirazların bəzi yerlərdə iğtişaşlara çevrildiyi, avtomobillərin və binaların yandırıldığı, təhlükəsizlik qüvvələrinə daş atıldığı və müəllimlərə hücumlar edildiyi bildirilir. Məlumata görə, 65 məktəb əməkdaşı, o cümlədən 40 direktor xəsarət alıb.


Müxtəlif mənbələrin məlumatına əsasən, saxlanılanların sayı 600-2 000 arasında dəyişir. Təxminən 400 liseyin fəaliyyətinin dayandırıldığı bildirilir.

Fransadakı hadisələrin ardınca Belçikada da məktəb etirazlarının başladığı qeyd olunur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin