Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

640078

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir tiktoker həbs olunub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Hüseyn oğlu Nəsibov "TikTok" sosial şəbəkəsindəki "7_muxammed_7" adlı hesabında canlı yayım zamanı digər bloqerlərlə söhbət edərkən nalayiq ifadələr işlədib. 

Bununla da o, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.


Bu əməlinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.


Bir neçə dəqiqə əvvəl keçirilən məhkəmə iclasında Məhəmməd Nəsibov barəsində qərar qəbul edilib. O, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin