Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Hazırda oxunan: Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

640129

Meksikanın Monterrey şəhərində güclü yağışların yaratdığı sürüşməni işıqlandıran jurnalistlər canlı yayım zamanı qəza keçiriblər.

Bizim.Media xəbər verir ki, “Gamavision”un müxbiri Alma de la Rosa Flores və operator Kristo Morales hadisə yerindən reportaj hazırlayarkən yük maşını idarəetmədən çıxaraq onların üzərinə sürüşüb.

Morones Prieto küçəsində baş verən hadisə canlı yayımda lentə alınıb və toqquşmadan sonra yayım dayandırılıb. Jurnalistlərə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, onların vəziyyəti stabildir. Operator Kristo Moralesin isə ayağından daha ciddi xəsarət aldığı və sınıq ehtimalının olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır. Yük maşınının sürücüsü saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin