Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirilib.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda 137 nəfər iştirak edib. Nəticələrə əsasən, 21 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan 4-ü həqiqi hərbi xidmətə, 17-si isə mülki işə qəbul üzrə imtahanda uğur əldə edib.
Namizədlər imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt tamam olduqda nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri DİM-in internet saytında da yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 5-i, 6-sı və 7-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:52 / 03.10.2026
Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI
Hazırda oxunan: Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI
Hazırda oxunan: Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI
640121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































