Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Hazırda oxunan: Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

640076

Portuqaliya millisinin yarımmüdafiəçisi Renato Veyqa Kriştiano Ronaldo ilə bağlı yaranmış vəziyyəti şərh etməsinə icazə verilmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, futbolçu UEFA Millətlər Liqasında Danimarka üzərində 4:2 hesablı qələbədən sonra bu barədə jurnalistlərə danışıb.

Veyqa Ronaldonun yığmanın düşərgəsini tərk etməsi ilə bağlı suala qısaca belə cavab verib:

“Kriştiano Ronaldo ilə çox yaxınam və ona böyük hörmət bəsləyirəm.. Amma mənə bu mövzuda danışmamaq tapşırılıb. Ona görə də…”

Xatırladaq ki, Ronaldo baş məşqçi Jorje Jezusla yaranmış fikir ayrılığından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin