Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl uşaqlarının məktəbinin ərazisində paparassilərin görünməsinə sərt reaksiya veriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, Avropanın informasiya agentliklərindən birində çalışdığı ehtimal edilən iki şəxs məktəbin ərazisində şəxsi mühafizə əməkdaşları və məktəb işçiləri tərəfindən görülüb.
Sırt çantaları olan şəxslərin şahzadə Arçi və şahzadə Lilibetin təhsil aldığı məktəbin ətrafında hərəkət etdiyi, müxtəlif yerlərdə dayanaraq əraziyə baxdığı bildirilib. Onlar əvvəlcə ayrı-ayrılıqda, daha sonra isə birlikdə görüblər və bundan sonra icarəyə götürdükləri ağ rəngli mikroavtobusa qayıdıblar.
Harri və Meqanın nümayəndəsi bu şəxslərin uşaqların şəxsi həyatına yolverilməz müdaxilə etdiyini bildirib.
Qeyd edək ki, cütlük avqustun sonunda Böyük Britaniyaya qayıtdıqdan sonra uşaqlarını ölkədəki məktəblərə yerləşdirib.
Cütlüyün nümayəndələri qanuni jurnalist fəaliyyəti ilə məktəbin ətrafında gəzərək uşaqları müşahidə edən fotoqrafların davranışı arasında böyük fərq olduğunu vurğulayıblar.
Bizim.Media



























































































