Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Hazırda oxunan: Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

640075

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında 13 il ərzində kameralar vasitəsilə aparılan monitorinqlər zamanı yeni doğulmuş bəbir balaları müşahidə edilib.

Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası (MR) Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, monitorinqlər zamanı əvvəlki dövrlərdə təxminən iki ildən bir bəbir balalarına rast gəlinirdisə, son illərdə bu göstərici artıb və artıq hər il yeni doğulmuş balalar qeydə alınır.

Məlumata görə, Zəngəzur dağlarında doğulan bəbir balaları böyüdükdən sonra ətraf ölkələrin ərazilərinə yayılır. Onlardan biri Türkiyənin Qara dəniz bölgəsinə qədər gedib çıxıb.
Monitorinqlərin aparıldığı 13 il ərzində Zəngəzur dağlarında 15-dən artıq bəbir balasının doğulduğu və yetkinlik yaşına qədər böyüdüyü müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin