Maaş və pensiyalar nə qədər artacaq?
“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını bəyan edib. Azərbaycanın dövlət başçısı bununla bağlı göstərişin verildiyini bildirib. Bu növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir”.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Azərbaycanda minimum əmək haqqı artımları artıq mütəmadi xarakter alacaq:
“Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən...