Suvarma məqsədi ilə nəzərdə tutulan Abşeron magistral kanalının Novxanıdan keçən hissəsi məişət tullantıları ilə çirkləndirilib. Kanalın Novxanı Dəmiryolu Stansiyasının yanından keçən hissəsində antisanitar vəziyyət baş alıb gedir. Nəzərə alsaq ki, bu kanal kənd təsərrüfatında suvarma üçün təyin olunub, o zaman tullantılarla kanalın suyunun çirkləndirilməsi və bunun da zərəri ciddi narahatlıq doğurur. Çünki bu cür çirklənmə həm ətraf mühit, həm də suvarma suyunun keyfiyyəti baxımından ciddi problemdir. Məsul qurumların məsələyə dərhal müdaxilə etməsi, kanalın təmizlənməsi və tullantıların atılmasının qarşısının alınması vacibdir.
Vəziyyətlə bağlı Abşeron rayonun Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə əlaqə saxladıq. İdarədən Bizim.Media-ya sözügedən kanalın çirkləndirilməsindən xəbərdar olduqlarını bildirdilər.
“Abşeron magistral kanalının Novxanı qəsəbəsindən keçən hissəsinə əhali tərəfindən məişət tullantılarının atılması nəticəsində ərazidə antisanitar vəziyyət yaranıb. Sözügedən ərazidə Abşeron Su Meliorasiya Sistemləri İstismar İdarəsi tərəfindən mütəmadi olaraq təmizlik işləri aparılır, həmçinin əhali ilə məişət tullantılarının kanala və ətraf ərazilərə atılmaması ilə bağlı mütəmadi maarifləndirici söhbətlər keçirilir. Ərazidə toplanmış məişət tullantıları idarənin müvafiq texnikaları vasitəsilə təmizlənəcək”.
İdarədən həmçinin bildirildi ki, kanal boyu ərazilərdə tullantıların toplanması üçün şəbəkələrin quraşdırılmasının təmin edilməsi məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə müvafiq məktublar ünvanlanıb.

Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:50 / 02.10.2026
Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO
Hazırda oxunan: Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO
Hazırda oxunan: Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO
640028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































