Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK
Narkoloji xəstələrin işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyəti artırılıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Əmək Məcəlləsi və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Belə ki, narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.
Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb m...