İki gün öncə Bakı istintaq Təcridxanasında qondarma ittihamlarla həbs çəkən tanınmış hüquqşünas Qurban Məmmədov Moderator.az-a göndərdiyi bir yazıda İsmayıllı hadisələrinə toxunaraq bildirmişdi ki, o vaxt dostu Qələndər Muxtarlı ona zəng edərək İsmayıllıya getdiklərini və onu da bu səfərə dəvət etdiklərini desə də vacib işi olduğundan gedə bilməyib, amma indi anlayıb ki, əgər getsəydi, onu da Tofiq Yaqublu və İlqar Məmmədov kimi ağır cinayətdə ittiham edərək dama basmışdılar...
Qurban bəyin bu fikirləri elə yozuldu ki, sanki Qələndər Muxtarlı bilərəkdən onu onlarla birlikdə İsmayıllıya getməyə dəvət edib. Ona görə də səbəbkara müraciət edərək olaya aydınlıq gətirməsini istədik:
"Qurban bəyin İsmayıllı hadisələri ilə əlaqədar bölüşdüyü fikirlərdə mənim də adım çəkilir. Bəzi dostlarımız bu məsələlər barədə bir aydınlaşma olmasının vacibliyini məsləhət gördülər. Qurban bəylə çox yaxın dostluq əlaqələrimiz var. Bir müddət cəza evində bir olmuşuq. İsmayılliya mənim getməm belə olmuşdur. İP KŞ-nı üzvülərinin Əli bəyin, İsa bəyin, Pənah bəyin və.s iştirakıyla İsamayıllı hadisələri ilə əlaqədar hadisənin səhəri günü toplantımız oldu. Baş verən hadisələri müzakirə etdik. Təklif olundu ki, Koordinasiya Şurasından ora hadisə yerinə kimlərsə gedib müfəssəl məlumat verə bilsin. Hamı bir-birinin üzünə baxanda mən "Azadlıq" qəzetinin həm də köşə yazarı olduğuma görə dedim ki, biri mən. Hətta Əli bəy mənə ehtiyatlı olmamı tövsiyyə etməsini də xatırlayıram. Sonra Tofiq bəylə Mehman bəy və adını unutduğum bir fotoqraf İsmayılliya getdik. Mən yolda bildim ki mətbuat hətta bizim getməmizi yazıb. Maşında Qurban bəyə həmişə olduğu kimi zəng vurdum harda olduğunu soruşdum, hal-əhval tutduq. İsmayıllıya getmək üçün yolda olduğumuzu söylədim. Səhv etmirəmsə Qurban bəy Əli-bayramlıda oldugunu dedi. Daha bir başqa məsələ xatırlamıram. Qurban bəyin İsmayıllı hadisələri barədə təhlilləri ilə təbii ki raziyam.Bu iqtidar İlqar bəylə Tofiq bəyi həbs etməyi ilə həm də sübüt edir ki hadisə də, ona səbəb olan amillər də bu hakimiyyətin öz işidir və onların özünə aiddir. Məntiqləri də budur ki, biz kimik, ora gedirik maraqlanırıq? QHT nədir? Jurnalist kimdir? və.s. Bu baş verənlər dünyaya həm də onu sübüt etmək üçündür ki, bu hakimiyyətin adı familyası səhv salınmasın. Bu konteksdə də həbs əməliyyatı keçirildi ki, müxalifət, jurnalist, siyasətçi iqtidarın yaratdıği hadisə ilə maraqlana bilməz və.s..."





























































































