Ermənistanda siyasi gərginlik: Paşinyanın keçmiş tərəfdaşı QANDALLANDI! - FOTO

Hazırda oxunan: Ermənistanda siyasi gərginlik: Paşinyanın keçmiş tərəfdaşı QANDALLANDI! - FOTO

640915

Ermənistan hüquq-mühafizə orqanları "Adekvad" ictimai təşəbbüsünün rəhbəri, tanınmış müxalifətçi Artur Danielyanı saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.
 

Onun sözlərinə görə, A.Danielyan barəsində ölkənin Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi (informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş xuliqanlıq) üzrə cinayət işi başlanılıb.


Müxalifətçi saxlanılmazdan əvvəl "Facebook" hesabında paylaşım edərək İstintaq Komitəsinə çağırıldığını və barəsində iş açıldığını bildirib. Danielyan istintaq orqanından sərbəst buraxılacağı təqdirdə baş verənlərə canlı yayımda ətraflı münasibət bildirəcəyini vəd edib.

Xatırladaq ki, Artur Danielyan Paşinyanın keçmiş siyasi müttəfiqi olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin