"Hüseyn Cavid" Ədəbi Məclisi təsis edildi

Hazırda oxunan: "Hüseyn Cavid" Ədəbi Məclisi təsis edildi

55981

Moderator.az-ın məlumatına görə ölkədə fəaliyyət göstərən ədəbi məclislərin sırasına daha biri qoşuldu. Azərbaycan ədəbiyyatının zənginləşməsinə xidmət və Muxtar Respublikadan olan yazarların fəaliyyətinə stimul vermək məqsədi ilə bir qrup naxçıvanlı yazar tərəfindən "Hüseyn Cavid" Ədəbi Məclisi" təsis edildi. Tədbirin iştirakçılarından Kəmaləddin Qədim, Heydər Oğuz, Adilə Nəzərova, Aləmzər Sadiqqızı, Nəriman Zeynalzadə, Əkbər Xudulu, Surxay Qocayev, Şamil Zaman, Elman Əkbər, Rəhim Mehnət, Ələsgər Talıblı, Habil Vəliyev, Əli Şamil, Nurəddin Faxralı çıxış edib, məsələ ilə bağlı fikir və mülahizələrini bildiriblər. Təkliflər nəzərə alınaraq məclisin fəaliyyət istiqamətləri müəyyən edilib.

Tədbirin sonunda Məclisin İdarə Heyətinin üzvləri seçilib:

1. Kəmaləddin Qədim (sədr)

2. Adilə Nəzərova

3. Heydər Oğuz

 4. Aləmzər Sadiqqızı

5. Surxay Qocayev

6. Nəriman Zeynalzadə

7. Əkbər Xudulu

 8. Rəhim Mehnət

9. Habil Vəliyev

Tədbirdə həmçinin "H. CAVİD ƏDƏBİ MƏCLİSİ"nin fəaliyyətini səmərəli qurmaq, onun əhatə dairəsini daha da genişləndirmək məqsədilə Naxçıvandan olan bütün yazarların bu işdə fəal iştirakı zəruri sayılıb və hər bir yaradıcı adam Məclisə dəvət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin