“Samsung”dan üçtərəfli displeyə malik YENİ SMARTFON

Hazırda oxunan: “Samsung”dan üçtərəfli displeyə malik YENİ SMARTFON

51669
“Samsung” şirkətinin üçtərəfli “Samsung Youm” displeyli smartfonun istehsalına başlamaq fikri olduğu haqda şayiələr artıq uzun müddətdir ki, gündəmdədir.
 
Ferra.ru saytınaın yazdığına əsasən, ən son yeniliklərə görə “Samsung” artıq bu smartfonun məhdud sayda istehsalına başlayıb.
 
Ehtimal edilir ki, qeyri-adi displeyə malik olan aparat, bu ilin sentyabr ayında təqdim ediləcək yeni "Galaxy Note 4”-ün modifikasiyalarından biri olacaq.
“Samsung”un mütəxəssisləri hesab edirlər ki, bu cür displey smartfonun  üzlüyünü böyüdəcək və bir sıra əlavə imkanlar yaradacaq. Smartfonu tələb olunan formaya salmaq üçün plastik əsasdan istifadə etmək lazım olacaq, bu da gündəlik həyatda o qədər  rahat deyil.
 
Məhz buna görə də model məhdud sayda istehsal ediləcək və ilkin mərhələdə “Samsung”un vətənində satılacaq, bir müddət sonra isə onun “Galaxy S4 LTE-A” kimi  artıq dünya bazarına çıxarılması mümkün ola bilər. / İctnews/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin