Rusiyalı müğənni, "Eurovision 2008" qalibi Dima Bilanın bağ evinə oğrular girib
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Yeni Moskva ərazisində yerləşən evə Bilan ancaq yay istirahəti üçün yollanır. Gecəyarısı mənzilə gedən Dima qapının tutacağının sındırıldığını görüb. Hadisə yerinə gələn polis əl izlərini götürüb.xa0
Müğənni oğruların 9 milyon rus rublu (təxminən 144 min manat), qiymətli saaat və başqa zinət əşyaları götürdüyünü bildirib. Eyni zamanda Bilanın səsyazılarının və video görüntülərinin yer aldığı disklər də itib.






































































































