Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirmək istədi...

Hazırda oxunan: Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirmək istədi...

55683
Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az -a verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 289.2 və 66.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gəlmiş anası Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun əl çantasından 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
 
Fakt üzrə araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin