Moderator.az Pravda.ru - ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanları Moskvada həyata keçiriləcək böyük terror aktının qarşısını alıblar, terror hücumlarının hazırlanmasında şübhəli bilinənlər saxlanılıb.
Milli antiterror komitəsinin əməkdaşarı bazar günü vətəndaşların daha çox toplandığı yerlərdən birini - metro, aeroport və ya başqa bir ictimai yeri partlatmağı planlaşdıran terror qruplaşmasınn üzvlərini həbs ediblər.
Xüsusi xidmət orqanlarının məlumatına görə, bandanın üzvlərinin tutulması əməliyyatı təxminən günorta 11 oktyabrda Moskvanın Presnenskiy rayonunda başlayıb. Əməliyyat məlumatına görə, Strelbişenskiy döngəsindəki mənzillərdən birində paytaxtın çox adamlı yerlərində partlayış törətmək məqsədlə bomba hazırlayan bir qrup bədniyyətli toplaşıb.
Məlumatda deyilir ki, terrorçular sakinlərin sayıqlığı nəticəsində ifşa olunublar. Xüsusi təyinatlıların döyüşçüləri şübhəli şəxsləri həbs edərək evə baxış keçirərkən, evdən əldəqayırma partladıcı qurğu aşkar ediblər. Bundan əlavə mənzidən yeni bombaların hazırlanması üçün materiallar da aşkar edilib.
Ümumilikdə əməliyyatçılar 10 nəfər şübhəlini həbs ediblər ki, bunun üçün də bir neçə ünvanda əməliyyat aparılıb. Əməliyyat gedişində əməliyyat aparılan evin bütün sakinləri təxliyyə edilib.
Qeyd edək ki, Moskvada terror ola biləcəyi haqqında söz-söhbət bir neçə gün əvvəl şəhər sakinləri arasında yayılmağa başlamışdı. Əvvəlcə belə bir anonim məlumat paytaxtın ali məktəblərinin birinin səhifəsində yer almışdı və sonra Kütləvi İnformasiya Vasitələri tərəfindən ələ keçirilmişdi.
Pravda.Ru-ya müsahibəsində Rusiya Federasiyası Hökumətin İnformasiya İdarəsinin eks rəhbəri, keçmiş kəşfiyyatçı Alekandr Mixaylov Şimali Qafqazın bandit qruplaşmalarının terror təhdidinə adət eləmiş rus cəmiyyətində bu cür şayiələrin təlaş yaratmağa qabil olmadığını bildirsə də hərçənd ki, belə bir məlumatın əldə edilməsi insanları səfərbər edir və hər kiçik detallara diqqətli edir.






































































































