"Dövlətin pulu bir cibdən digər cibə qoyulur" - İlyas İsmayılov

Hazırda oxunan: "Dövlətin pulu bir cibdən digər cibə qoyulur" - İlyas İsmayılov

36689

" Azərbaycanda qeri-neft sektorunun, lokomotiv tikinti, yerl vergilər xətti ilə topalanacağı nəzərdə tutulan iki milyard 139 milyon manat 70% dövlət büdcəsinin əsaslı vəsait qoyuçuşuna qoyulan puldan götürülür. Belə çıxır ki, dövlətin pulu bir cibindən digər bir cibinə qoyur. Bu heç bir halda iqtisadi proses sayıla bilməz. Eyni ilə büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin layihədə birdən -birə 85% artması əslində elə dövlərin pulunun bir cibdən digərinə qoyulması deməkdir”, 

Moderator.az xəbər verir ki, bunu  Milli Məclisin bu gün keçrilən iclasında deputat İlyas İsmayılov deyib.

 Millət vəkili əlavə edib ki, ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla dövlət obyektləri tikilir və istifadəyə verilir: “Araşdırmalar göstəriri ki, təkcə ğzl şitrkətlər hesabına azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadratmert yaşayçş sahəsi istifadəyə verilir. Bəs reallıqda bu rəqəm necə olamalıdır? Bizim kimi neft ölkəsi sayılan Rusiya vəQazaxstanda il ərzində adambaşına 4,9 və 1,3 kvadramemetr yaşayış sahəsi istifadəyə verilir. Bizdə isə i heç 0,2 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmir. Deməli ən azından göstərilən bu qədər mənzil sahəsinin tikintisi vergi və statistikadan gizlədirilir.”.
Deputatın fikrincə, Azərbaycanda tikinti sektoru əmək və vergi qanunvericiliyin ən pozulduğu sahələrdən biridir. “Belə ki, inşaat şirkətləri və sosial ayırmalardam qaçmaq məqsədi ilə işçilərinin real sayını və əməkhaqqını gizlədir. Bu həm işçilərin hüquqlarını pozulması, həm də vergi baxımdan böyük itkidir.”, - İsmayılov əlavə edib.
Millət vəkilinin sözlərinə görə, Azərbayacanda əksət tikinkti şirkətlərini güclü hinmayədarları var və bu himayədarlıq tək qanunçuluq baxımından deyil,  həm də dövlərin vergi sityasətinə ziddir. “ Bəs niyə görə dövlət bu sahədə - kölgə iqtisadiyyatında qayda -qanun yaratmır. Onlardan yığa bilmədiyi vergi yükünü isə gəlir şəklində əhalinin çiyiniə yükləyir. Hesab edirəm ki, kölgə iqtisadiyyatının üzə çıxarılması yolu ilə vergi yığımını xeyli artırmaq olar.”
Dövlət strukturlarında ciddi islahatların aparılmasının vaciblyini qeyd edən İsmayılov bildirdi ki, dövlət idarəetmə sturkturlarına yenidən baxaraq bir çox respublika və rayon səviyyəli qurumları ləğv etməli və yaxud birləşdirməlidir. 
O həmçinin bildirdi ki, Azərbaycanın dövlət idarəçilik sisteminin yuxarı və orta pillərində elə məmur təbəqəsi formalaşıb ki, onaların heç də hamısı real iqtisadiyyatın irəliyə aparılmasında, kölgə iqtisadiyyatı ilə ciddi mübarizə aparılamasında maraqlı deyillər və onlar  ümümiyyətlə islahatın nə olduğunu bilmirlər. “Elə bu səbəbdən də ölkəmiz, xalqımız bu böyük potensialdan tam istifadə edə bilmir"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin