Neftin qiymətinin bir bareli bu gün artıq 46 dollar civarında alınıb-satılır. Təbii ki, bu məsələlərdə həm iqtisadi, həm də siyasi faktorlar öz təsirini göstərməkdədir.
Bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Süleyman Qasımov “Caspian European”x9d Klubun təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.
“Bu yaxınlarda OPEK iştirakçılarının ortaq bir mövqeyə gəlməmələri neftin qiymətlərinə öz mənfi təsirini göstərdi. Eyni zamanda, digər faktorlar neftin qiymətini gözlənilən kimi aşağı düşməsinə yox, bir qədər qalxmasına səbəb oldu. Bu da onu göstərir ki, neftin qiyməti iqtisadi amillər ilə tənzimlənmir”x9d.
Onun sözlərinə görə, neftin qiyməti Azərbaycanın bəlli xərclər smetasında 50 dollardan planlaşdırılıb.
“Neftin qiymətinin 50-60 dollar olması, təbii ki, SOCAR üçün əlverişlidir”x9d, - deyə S.Qasımov əlavə edib.
S.Qasımov, həmçinin qeyd edib ki, Azərbaycanın neftin dünya bazarında tələb və təklifinə olan təsiri, təbii ki, çox da böyük deyil.

































































































