Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Hazırda oxunan: Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

642532

Azərbaycan güləşçisi Günay Qurbanova U-23 dünya çempionatında gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.

Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub.
 

Daha əvvəl yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.


Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin