Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 19-da şəhər ərazisindəki kafelərdən birində baş verib.
Şəhər ərazisindəki kafelərdən birində yeyib-içən iş yoldaşları arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, mübahisə edən şəxslər şəhər ərazisindəki supermarketlərdən birində çalışırmışlar. (Oxu.az)
Bizim.Media


































































































