Bakıda Dənizkənarı Bulvarda Çay Festivalına start verilib.
Oktyabrın 18-dək davam edəcək festival Azərbaycanın zəngin çay mədəniyyətini, milli ənənələrini və yerli istehsalçıların məhsullarını bir araya gətirir.
Festival çərçivəsində Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini bəzəyən müxtəlif təamlar ziyarətçilərə təqdim olunur. Tədbir iştirakçıları, həmçinin ənənəvi çay dəstləri, milli dekorativ əşyalar və çay mədəniyyətini əks etdirən nümunələrlə tanış olmaq imkanı əldə edirlər.
Müxtəlif ölkələrin çay ənənələrinin də nümayiş olunduğu festival ziyarətçilərə fərqli mədəniyyətləri yaxından tanımaq imkanı yaradır.
Festivalın əsas məqsədi milli çay mədəniyyətimizi təbliğ etmək, yerli istehsalçıları dəstəkləmək və çayın Azərbaycan xalqının həyatında mühüm yer tutan qonaqpərvərlik, ünsiyyət və birlik rəmzi olduğunu nümayiş etdirməkdir.
Bizim.Media festivaldan fotoreportajı təqdim edir:

















Bizim.Media


































































































