Bu gün Avropa Liqasının qrup mərhələsinə start veriləcək.
Azərbaycan çempionu "Qarabağ" turnirdə debüt edəcək.
Təmsilçimizin rəqibi Fransanın "Sent-Etyen" klubu olacaq. Saat 21.00-da başlayacaq qarşılaşmanı şotland FIFA referisi Stiven Makklin idarə edəcək. Oyun ot örtüyü bu günlərdə dəyişdirilən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Qarabağ" bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasında başlayıb. Malta "Valletta"sını mübarizədən kənarlaşdıran (1:0, 4:0) Azərbaycan çempionu "Zalsburq"a evdə qalib gəlsə də (2:1), səfərdə uduzub (0:2) və Avropa Liqasının pley-off mərhələsinə düşüb. Qurban Qurbanovun yetirmələri burada Hollandiya "Tvente"sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1).
Qeyd edək ki, "Sent-Etyen" klubu 1919-cu ildə yaradılıb. Tarixi ərzində 10 dəfə Fransa çempionu olan komanda 1981-ci ildən sonra bu uğura nail ola bilmir. 6 dəfə Fransa Kubokuna sahib çıxan "Qarabağ"ın rəqibi bir dəfə də Liqa Kubokunu başı üzərinə qaldırıb. Komandaya Kristof Qalte başçılıq edir.
Avropa Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr
21.00 Qarabağ (Azərbaycan) - Sent-Etyen (Fransa)
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Sent-Etyen: 16. Stepan Ruffier, 6. Ceremi Kleman (k), 7. Maks Qradel, 8. Benjamin Korqnet, 9. Mevlüt Erdinç, 10. Renaud Kohade, 19. Florentin Poqba, 20. Conatan Brison, 22. Kevin Monnet-Paquet, 23. Paul Baysse, 26. Mustafa Bayal Sall.
Hakimlər: Stiven Maklean, Qavin Harris, Françis Konnor, Alasdair Ross (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Brian Kolvin, Andrev Dallas (Şotlandiya).
Hakim-inspektor: Gilfi Thor Orrason (İslandiya).
UEFA nümayəndəsi: Sergey İliç (Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.(ans)



























































































