Onlar Putinin ömürlük prezident olmasını istəyir - Ən azı 84 yaşınadək...

Hazırda oxunan: Onlar Putinin ömürlük prezident olmasını istəyir - Ən azı 84 yaşınadək...

225782
Çeçenistan parlamenti Rusiya prezidentinin səlahiyyətlərinin üç dəfə ardıcıl olaraq uzadılması barədə Konstitusiyaya düzəlişlər barədə Dövlət Dumasına təqdimat verib. Qanun layihəsi Dumanın məlumat bazasında yerləşdirilib.

Rusiya Konstitusiyası ardıcıl iki dəfədən artıqxa0 prezident vəzifəsini tutmağı qadağan edir.
Çeçenistanın başçısı Ramzan Kadırov prezident səlahiyyətlərinin məhdudlaşdırılmasından imtina etməyi təklif edib. Mayın əvvəlindən çeçen parlamenti müvafiq layihə hazırlamışdı, bu gün isə həmin layihə Dövlət Dumasına təqdim edilib.

Bu layihə qəbul olunarsa 65 yaşlı Vladimir Putinin 84 yaşınadək Rusiyaya başçılıq edəcəyi gözlənilir.xa0
Kremldə indidən növbəti və hər ehtimala qarşı növbədənkənar ola biləcək prezident seçkilərinə hazırlıq, daha doğrusu mübarizə getdiyi barədə ara-sıra informasiyalar sızmaqda davam edir. Rusiya kimi dövlətlərdə məşhur “Kral öldü, yaşasın kral” deyimi hər zaman, hətta hər an aktualdır. Görünür, daxili mübarizələrin inkişaf etməməsi üçün, imperiya taxt-tacının bəri başdan sığortalanması Rusiya müsəlmanlarının əli ilə görülür...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin