Ermənilər 26-cı ildir işğal altında saxladıqları Laçın rayon mərkəzində yeni otel, şadlıq evi və supermarket kompleksi tikintisinə başlayıblar.xa0
Moderator.azxa0 “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda özünü Laçının “meri” kimi təqdim edən Artyom Sarıbekyan separatçı saytlara məlumat verib.xa0xa0

Sahibkarlardan biri Laçında rayonun Hüsülü kəndindəki “Məlik Aykaz sarayı” adlandırılmış məşhur Həmzə Sultanxa0 sarayına bənzər kompleks tikməyə qərar verib.xa0 xa0xa0

Kompleks ərazisində mehmanxana, supermarket, şadlıq evi və əyləncə mərkəzi olacaq.xa0
Xatırladaq ki, ermənilər hələ 2007-ci ildə Həmzə Sultan sarayının qalıqları üzərində otel tikiblər.
Sultan Laçın
































































































