“Kimsə qarşıma çıxıb deyə bilmir ki...”x9d

Hazırda oxunan: “Kimsə qarşıma çıxıb deyə bilmir ki...”x9d

67221
Moderator.az xəbər verir ki, millət vəkili Fazil Mustafa onu hədəfə götürənləri kəskin tənqid edib:

"Bir qrup demokratiya anlayışı məhdud olan insanlar ölkə prezidentinə, Milli Məclisin sədrinə, müxtəlif təşkilatlara müraciət edərək mənim cəzalandırılmağımı xahiş edirlər. Demək ki, debatda arqumentlərimizi çözə bilmədilər, ardınca fikirlərimi kontekstden çıxararaq erməni saytlarına ötürdülər, bundan da bir şey çıxmayanda belə bir şantaja əl atmağa başladılar. Tələbləri də budur ki, mən niyə onların istədikləri formada danışmıram. Kimsə qarşıma çıxıb deyə bilmir ki, doğru demirsən, sadəcə söyləyirlər ki, bunları demək olmaz. Gözəl anlayırlar ki, illərdir özlərini inandırdıqları yalanlara qarşı doğruları ortaya qoyuram. Azərbaycanda türklük düşüncəsinin illərdir ən qatı təbliğatçısına az qala Türk düşməni deyirlər. İran təbliğatına, erməni vəhşiliyinə qarşı ən sərt çıxış edən bir adamı bu ölkələrin casusu adlandırırlar. Bu zavallı qaragüruhçular hələ də anlamaq istəmirlər ki, Azərbaycan demokratik bir ölkədir və insanlar öz fikirlərini söyləməkdə sərbəstdirlər. Hələ də anlamaq istəmirlər ki, bizlər hansısa qaragüruhun istəyi ilə hərəkət etmirik, xalqımıza, millətimiz faydalı olan nə varsa onu gündəmə gətirərək, onu dəyərə çevirməyə çalışırıq. Bir cümləmizi belə təkzib etməyə gücü çatmayanlar, bizə qarşı kampaniya təşkil edir, ən ləyaqətsız formalardan istifadə edərək susdurmağa çalışırlar. Mənim söylədiyim bütün fikirlər əminem ki, Azərbaycan xalqının faydasınadır və bütün məsələlərə münasibətdə öz mövqeyimi bundan sonra da daha qətiyyətlə ortaya qoyacağam. Bu millətin doğru gələcəyi üçün, insanlarımızın həqiqətləri daha dərindən anlaması üçün üzərimizə düşən vətəndaşlıq borcunu və maarifçilik işini daha dəyanətlə yerinə yetirəcəyimdən əmin ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin