AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, araşdırmaçı-yazar Xalidə Xalid neft faktorunun ədəbiyyat və sənətdəki rolu ilə bağlı Moderator.az-a maraqlı məqalə təqdim edib. Həmin məqaləni oxucuların diqqətinə çatdırırıq:
“Azərbaycan
tarixinə qızıl xətlə yazılmış, mərhum Ulu Öndərimizin yadgarı olan "Əsrin
müqaviləsi"nin imzalanmasından 20 il ötür. Bu il ərzində
Azərbaycan Neft strategiysında dünya ölkələri arasında önəmli yerlərdən birini
tutur.. Bu gün ARDNŞ -nin apardığı məqsədyönlü işlər, Dövlət iqtisadiyyatının
güclənməsində önəmli rol oynayır. Dünən AMEA Nizami adına Ədəbiyyat
İnstitutunda "Əsrin müqaviləsinin 20 illik yubileyinə həsr edilmiş
"Ədəbiyyatda və sənətdə neft faktoru" adlı elmi konfransın keçirilməsində
məqsəd bu mühüm hadisənin elm sahəsinə də güclü təsirinin olduğunun bir daha önə
çəkilməsi idi. "Ölkənin güclü iqtisadiyyatinin olması, bütün sahələrə öz
müsbət təsirini göstərir, eləcə də elm sahəsinə"- çıxışını bu sözlərlə
başlayan AMEA-nın vitse -prezidenti, Nizami adına Ədəbiyyat İnstitutun
direktoru, akademik İsa Həbibbəyli Azərbaycanın neft sənayesinin, eləcə də Azərbaycan
ədəbiyyatında neft mövsuzunun dünəni və bu günü ilə bağlı ətraflı məlumat
verdi. Akademik onu da qeyd etdi ki, Neft şirkəti ilə ədəbiyyatçıların, alimlərin,
yazarların sıx əlaqəsini yaratmaq lazimdir ki, sovet dövründə ədəbiyyatdakı
neft mövzusunda yazılan əsərlərdən daha güclü yeni-yeni əsərlər meydana
çıxarılsın. İ.Həbibbəyli İnstitutun kollektivinin Neft daşlarına yaradıcı səfərlərinin
təşkil olunmasını təklif etdi. Və bu təklif konfransda iştirak edən ARDNŞ-nin
vitse-perzidenti Xaliq Məmmədov tərəfindən məqbul qarşılandı. Sonra söz X.Məmmədova
verildi. O, ARDNŞ-nin bu gün apardığı önəmli işlərdən, neft sahəsində ixtisaslı
kadrların hazırlanmasından, elə də ölkəmizin neft sektorunda həyata keşirilən
möhtəşəm layihələrdən bəhs etdi. Azərbaycan Ali Neft Akademiyasinin rektoru
Elmar Qasımov öz çıxışında Akademiyaya yüksək balla daxil olan tələbələrdən, eləcə
də bu təhsil ocağının yeni yaranmasına baxmayaraq gördüyü məqsədyönlü işlər barədə
konfrans iştirakçılarına məlumat verdi. Sonra isə İnstitutun alimlərindən
professor Bədirxan Əhmədov “M.Hüseyn yaradısılığında neft problemi və neftçi
obrazı, filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafayev “Azərbaycan ədəbiyatında
neft mövzusunda ilk bədii əsər”, fil.ü.fəlsəfə doktoru Elnarə Akimova “Azərbaycan
poeziyasinda qara qızılın tərənnümü”, fil.ü.fəlsəfə doktoru, dosent Şəmil
Sadıqov “Müstəqillik dövrü Azərbaycan bədii nəsrində neft mövzusu”, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının doktorantı Nigar Axundova “Azərbaycan təsviri sənətində
neft” mövzularında məruzə etdilər. Sonda akademik İ.Həbibbəyli məruzələrdən və
eləcə də bu mövzu ilə baqlı yazılacaq digər məqalələrdən ibarət “Ədəbiyyatda və
sənətdə neft faktoru” adlı məqalələr toplusunun hazırlanacağını vurğuladə. Və
bir ay müddətində həmin materialların elmi katibliyə təqdim olunmasını bildirdi”.
































































































