Bu gün milli iftixarımız olan dünya şöhrətli alimimiz, professor Rafiq Əliyevin Parisdə nüfuzlu mükafata layiq görülməsinə moderator.az/?xeber=53984 keçmiş baş prokuror İxtiyar Şirin də biganə qala bilməyib. Sən demə, onlar bir-birini çox-çox qabaqlar tanıyırmışlar, daha doğrusu, gələcək baş prokuror əmək stajı yığmaq üçün bir müddət Rafiq Əliyevin müdiri olduğu şöbədə işləyib və onu yaxından tanıyıb...
"Böyük Azərbaycan alimi Rafiq Əliyevi mən çox gənc yaşlarımdan tanıyıram. 1970-ci ilin əvvəllərində Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə sənədləri verə bilmək üçün iki il əmək stajı tələb edilirdi. Bu səbəbə görə orta məktəbi bitirdikdən sonra əmək stajı toplamaq üçün işlədiyim iki ilin yarısını 1971-1972-ci illərdə professor Rafiq Əliyevin şöbə müdiri olduğu "Neftkimyaavtomat" Elmi Tədqiqat Istehsalat Institunda işlədim. Rafiq müəllimin həmin vaxt 29 yaşı var idi. O, İntellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması məsələləri üzrə elmlər namizədi idi. Onun müdiri olduğu şöbə də neft və kimya sənayesində idarəetmənin avtomatlaşdırılması məsələlərinin tədqiqi və sənayeyə tətbiqi ilə məşğul idi. Mənim kompüterlə ilk tanışlığım da həmin şöbədə işlədiyim dövrdə oldu. Baxmayaraq ki, mənim burada müvəqqəti işlədiyimi və universitetə qəbul olduqdan sonra buradan ayrılacağımı bilsəm də, orada görülən işin içinə girməyə çalışırdım. İş günüm bütövlükdə hazırlanmış proqramların kompüterdə xüsusi lentlərə yazmaqla, ayrı-ayrı müəsisələrdə bu proqramların vasitəsi ilə bu müəsisələrin idarə edilməsinin avtomatlaşdırılması üçün lazım olan işlərin görülməsi ilə keçirdi. Bizim proqram yazdığımız lent indiki disk və başqa yaddaş vasitələrini əvəz edirdi. Həm institutda və işlədiyim şöbədə çox ciddi və gərgin iş gedirdi. Mən Rafiq müəllimi həmin vaxt tanıdım. Həm institutda, həm də müdir olduğu şöbədə hamı onun, o vaxt cəmi 29 yaşı olan Rafiq Əliyev haqqında heyranlıqla danışırdılar. Rafiq Əliyev hələ elmlər namizədi olsa da elmlər doktoru, professor olan alimlər onun çox böyük alim olduğunu deyirdilər, ona çox hörmət və ehtiramla yanaşırdılar. Mən 1972-ci ildə ADU-nin hüquq fakültəsinə qəbul olduqdan sonra uzun müddət Rafiq müəllimlə əlaqəm olmasa da, onunla bir yerdə işləyən dostlarım onun gördüyü işlər, onun uğurları haqqında həmişə xoş sözlər danışırdılar. Professor Rafiq Əliyevin Azərbaycan və dünya elminə gətirdiyi yeniliklər onun haqqında olan bütün ümidləri doğrultdu. Mən böyük Azərbaycan alimi Rafiq Əliyevin əsas elmi nailiyyətlərini də bildirmək istərdim. Bunlar - çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik, qeyri-səlis idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması;
İntellektual sənaye sistemlərində qərar qəbuletmə
və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması (1969);
stoxastik dəyişən strukturlu sistemlərin
sintez metodlarının işlənməsi (1976);
Çoxsəviyyəli paylanmış istehsalat sistemləri
üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980);
AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin
yaradılması (1984-1986);
Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin
formalaşdırılması (1984);
Qeyri-səlis intellektual robotların nəzəriyyəsi
və qurulma prinsiplərinin işlənməsi (1986);
ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert
sistemlərin işlənməsi (1987);
Qeyri-səlis paylanmış intellektual sistemlər
konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi
(1993);
Agentləri arasında rəqabət və kooperasiya olan
Soft Kompütinq əsaslı çoxagentli intellektual sistemlərin yaradılması (1997);
Qeyri-səlis neyron şəbəkələrinin genetik
alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997);
Genetik alqoritmlər əsasında qeyri-səlis
reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998);
Qeyri-səlis-xaos sinerci əsasında adaptiv idarəetmə
sistemlərinin təklif olunması (2001);
Qeyri-səlis zaman sırıları əsasında yeni
proqnozlaşdırma üsullarının yaradılması, 2002;
Ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin
yaradılması. Dinamik sistemlərin dayanıqlığının Zadə ”“ Əliyev tərifi və
meyarının təklif olunması, 2003-2007.
Mən hörmətli alimimizi - Rafiq Əliyevi bu
mükafata layiq görüldüyünə görə təbrik edirəm, ona can sağılığı, işlərində
uğurlar arzu edirəm.”






























































































