Bakıda qadını döyüb, maşına oturdub aparmaq istədilər

Hazırda oxunan: Bakıda qadını döyüb, maşına oturdub aparmaq istədilər

48515
Bakı şəhərinin Səbail rayonunda xuliqanlıq hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə barədə polis İdarəsindən lent.az-a xəbər verilib. Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 50/52, mənzil 24-də yaşayan 1975-ci il təvəllüdlü Kərimova Samirə Ağamehdi qızı zorakılıqla üzləşməsi barədə müraciət edib.
Qadın bildirib ki, gecə saat 01 radələrində yaşadığı evin qarşısında 3 nəfərlə mübahisə edib. Mübahisə zəminində həmin şəxslər 39 yaşlı qadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Bundan sonra həmin şəxslər S.Kəsimovanı “VAZ 2106” markalı avtomobilə əyləşdirərək aparmaq istəyiblər. Qadınan hay-küy saldığını gördükdə isə planlarını yarımçıq saxlayaraq uzaqlaşıblar.

Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan 39 yaşlı qadın Kliniki Tibbi Mərkəzə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin