“Şiələr kürdlər və sünnilərə geniş muxtariyyət verməliydi...”

Hazırda oxunan: “Şiələr kürdlər və sünnilərə geniş muxtariyyət verməliydi...”

48366

Amerikada mühacirətdə olan eks-spiker İraqda yaşanan son proseslərdə Türkiyə və İranın niyyətləri barədə Moderator.az-ın sualını cavablandırıb:

“Birinci Dünya Müharibəsindən sonra dağılmış Osmanlı İmperiyasının ərazilərində müstəqil dövlətlərin yaradılması Böyük Britaniyaya həvalə olundu.İngilislərin Yaxın Şərqdə yaşayan millətlərin adət- ənənələri,dini mənsubiyyətlərini nəzərə almadan yaratdıqları iki dövlət -İraq və Fələstin indiyə qədər artıq 100 ildir həm özləri, həm də qonşuları üçün böyük problemlər yaratmaqda davam edir.Xüsusilə İraqda bu günə qədər ildə 100 minlərlə adam terror, lokal müharibələrlə həlak olur. Osmanlı İmperiyası İraqı bir neçə vilayətə bölmüşdü , onların hər biri avtonom rejimdə yaşayırdı, problem yox idi. İraq vahid dövlət élan ediləndən 10-larla baş nazir edam edilib və bir o qədər də dövlət çevrilişləri olub. ABŞ İraqı işğal edəndən sonra onun dövlət strukturasını dəyişməli, şiələr kürdlər və sünnilərə geniş muxtariyyət verməli idi.Təəssüf ki, İraqın indiki şiə höküməti İranın təsiri altında bir çox məsələlərdə Amerika ilə razılaşmadı, hətta Vaşinqtona qoşunlarını tezliklə ölkədən çıxarmaq tələbini irəli sürdü.

 Ərdoğan Türkiyədə hakimiyyətə gələndən dini baza üzərində Yaxın Şərqdə öz hegemonluğunu təsdiqləmək istəyir. Ona görə də qonşu ölkələrdə vətəndaş müharibələrinin getməsində maraqlıdır.Ərdoğan siyasəti Türkiyəni Qərb sivilizasiyasından uzaqlaşdırıb sünni fundamentalizminə sürümək istəyir. Misirdə buna cəhd göstərdi, ancaq Misir hərbiçiləri birmənalı onun bu siyasətinə qarşı çıxdı. İndi Suriyada açıq , İraqda isə gizli kürdlərlə sünnilərin alyansını yaradıb şiə hökümətini yıxmaq istəyir. Başqa sözlə, İraqın qonşuları olan iki böyük müsəlman dövlətləri İran və Türkiyə İraqda vəziyyəti qarışdırıblar. ABŞ sözsüz istəsə, əks qüvvələri yerlərinə oturda bilər. Ancaq məsələ bununla həll olunmur.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin