Leyla Yunus haqqında şok xəbər

Hazırda oxunan: Leyla Yunus haqqında şok xəbər

36660

Redaksiyamızın poçtuna Vaqif Hacıyev adlı şəxs tanınmış hüquq müdafiəçisi Leyla Yunusun səhhəti haqqında sarsıdıcı məlumat göndərib.

Vaqif Hacıyevin “Hüquq müdafiəçisi Leyla Yunusun ölümcül xəstəliyi” başlıqlı yazısında bildirilir ki, bir neçə ay əvvəl Türkiyənin alman klinikasında əməliyyat olunan Leyla Yunusa həkimlər 6 ay zaman qoyublar. Vaqif Hacıyev fikrini təsdiqləmək üçün klinikanın raporunu da poçtumuza göndərib. Raporda hüquq müdafiəçisinin bu ilin 6-17 sentyabr tarixində klinikada olduğu bildirilir. Və onun sentyabrın 9-da əməliyyat olduğu qeyd olunub. Beləliklə, Leyla Yunusun xərçəng xəstəliyindən əziyyət çəkdiyi və 6 ay ömrü qaldığı bildirilir. Qəzet olaraq bk informasiyanı bir neçə gün yaymadıq. Ancaq elektron poçtumuza xəbərin təkrarən göndərilməsindən sonra bu barədə qarşı tərəflə əlaqə saxlamağa məcbur olduq.  

Məlumatla əlaqədar Leyla Yunusun həyat yoldaşı Arif Yunusla əlaqə saxladıq. Arif Yunus bu barədə yayılan məlumatlardan xəbərdar olduqlarını dedi: “Şəxsən mən güldüm, düşünürəm ki, bu, hakimiyyətin psixoloji təzyiqinin tərkib hissəsidir. Ancaq informasiya primitiv hazırlanıb, çünki Leyla xanım həmin klinikada olmayıb, ümumiyyətlə, xaricdə olduğu bu günlərdə həkimə müraciət etməyib. Ona görə bu təzyiqin, yaxud təsirin bir formasıdır”. 
Olayla əlaqədar hüquq müdafiəçisi Leyla Yunus da bizimlə əlaqə saxladıq və bununla bağlı narahatçılığımızı bölüşdü. O, özünə təzyiqlərin hakimiyyətdən olduğunu bildirdi: “Bəlkə də hansısa dairələr nəsə hazırlayırlar və bunun üçün belə informasiyalarla da ictimai rəyi yaradırlar. Konkret heç nə deyə bilmərəm, ancaq istisna da etmirəm. Yalnız onu deyirəm ki, mənə təzyiqlər hakimiyyətdən olub və olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin