Xəbər verildiyi kimi, Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlıların toplaşdığı yeganə ibadətgah olan “İnam” cümə məscidi bağlanıb. Məscidə giriş yanvarın 1-də müsəlman azərbaycanlıların cümə namazına getdiyi zaman qadağan olunub. Bundan sonra inanclı şəxslər məscidin qarşısında toplaşaraq etiraz ediblər.
Məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid Bəyazidov adlı sahibi tərəfindən bağlanıb.
Qeyd edək ki, “İnam” məscidi xa0xa01999-cu ildə Moskvada yaşayanxa0 Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov və Bakının eks-prokuroru Məmməd Quliyevin təşəbbüsü ilə tikilib.

Moderator.az əməkdaşı məsələ ilə bağlı eks-prezident Ayaz Mütəllibova bir neçə sual ünvanlayıb.
- Ayaz müəllim, yəqin ki, Moskvada tikilməsində sizin dəxa0 böyük rolunuz olmuş azərbaycanlıların toplaşdığı yeganə ibadətgah olan “İnam” məscidinin bağlanması barədə məlumatınız var. Bununla bağlı sizə hər hansı müraciət olmayıb ki? Və yaxud siz özünüz kiminləsə əlaqə saxlamamısınız ki?
- Bəli, bu haqda məlumatım var. Ancaq hələlik mənə heç bir müraciət olmayıb. Özüm də heç kəslə əlaqə saxlamamışam. Ümumiyyətlə, Moskvadan gələndən sonra həmin məscidin rəhbərliyi ilə demək olar ki, əlaqəm kəsilib.

Bilirsiz, məscidin sahibi olan tatar mənşəli Rəşidxa0 Bəyazidov çox sərt adamdır, ipə-sapa yatan deyil. Düzdür, o dövrdə, yəni 1998-1999-cu illərdə biz Moskvada azərbaycanlılar üçün xa0məscidin tikilməsi təşəbbüsünü qaldıranda xa0həmin Rəşid bu işə çox dəstək verdi, çox zəhməti oldu...
Moskvadaxa0 məscid tikmək təşəbbüsünü xa0ilk olaraq rəhmətlik sabiq Bakı prokuroru Məmməd Quliyev qaldırmışdı. Sonraxa0 mən də dəstək verməyə başladım bu vacib məsələyə. Açığı, ilk vaxtlar bir az tərəddüd edirdim ki, bizim məscid açmaq üçün heç bir vəsaitimiz yoxdur. Ancaq mərhum Məmməd müəllim dedi ki, Moskvada bir tatar iş adamı var (yəni həmin Rəşid Bəyazidov), o da sizə hörmətlə yanaşır, siz ona müraciət etsəniz, sözünüzü yerə salmaz vəxa0 xa0məscid tikilməsi üçün bizə yardım edər. Mən də həmin Rəşidlə əlaqə saxladım, bir müddət müzakirələrdən sonra o, məscid üçün özünə məxsus ərazidə yer ayırmağa və tikintisinə yardım etməyə razılıq verdi. Düzdü, bu işə mənim, Məmməd Quliyevin və Moskvadakı bir sıra azərbaycanlıların topladığı müəyyən miqdarda pul da qoyuldu. Amma vəsaitin əsas hissəsini Rəşid Bəyazidov ödədiyindən məscidin real sahibi də özü oldu.
İlk vaxtlar Moskva hökuməti tərəfindən çox təzyiqlər oldu, məscidin tikintisinə icazə vermək istəmirdilər. Amma xa0Rəşid mərdi-mərdanə sinəsini qabağa verdi, hətta bir neçə dəfə məmurlarla, polislərlə əlbəyaxa davaya girişdi və bir ildən də az vaxt ərzində məscidin tikintisinə nail oldu.
Yadımdadır ki, ilk günlərdən başlayaraq “İnam” məscidində azərbaycanlılar böyük izdihamla ibadətə axışırdı. Ələlxüsus, Aşura mərasimlərində gələnlər aşıb-daşırdı. Mokva polisi yaxındakı küçələrdə avtomobillərin hərəkətini dayandırmağa məcbir olurdu...xa0
Məscidin ilk axundu Baloğlan adlı bir din xadimi oldu. O həm də yazıçı idi. Baloğlan çox qayğı, diqqətlə yanaşırdı ibadətgaha və azərbaycanlılar nizam-intizamla ibadətlərini icra edirdilər. Həmin vaxt məscidə faktiki sahiblik edən Rəşid Bəyazidov hər şeyi nəzarətdə saxlayır, hətta nəzir qutusunu da özü açıb-bağlayır, yığılan məbləği özü bildiyi kimi idarə edirdi.xa0 Həm də çox şıltaq xasiyyəti vardı. Gözlənilmədən gəlib məscidin ətrafında bir siqaret kötüyü tapsa, azca natəmizlik görsə, hay-küy qaldırırdı. Ammaxa0 Baloğlan bir axund kimixa0 onunla dil tapır, işləri tənzimləyərək yola verirdi. Təəssüf ki, o, ağır xəstə olduğundan məsciddən uzaqlaşmağaxa0 məcbur oldu. Bundan sonra və xüsusən xa0də mən Moskvadan gəldikdən sonra məsciddə abı-hava mənfi istiqamətə dəyişdi, müəyyən ziddiyyətlər yaranmağa başladı.xa0 Rəşid azərbaycanlılardan mütəmadi olaraq icarə haqqı tələb etdi. İndi də bildiyimə görə, nəzir qutusuna az pul toplandığından və azərbaycanlılar pul verə bilmədiyindən məscidi bağlamaq qərarını verib.
- Moskvadan qayıdandan sonra həmin Rəşid Bəyazidovla əlaqənİz olmayıb ki?

- Yalnız son illər bir dəfə o özü mənə telefon açaraq küskünlüyünü ifadə edib ki, gəlmirsiz-getmirsiz, zəng etmirsiz. Yəqin, Moskvaya da gəlirsiz, amma bizi axtarmırsız... Mən isə cavab verdim ki, artıq Moskvaya gəlib-getmirəm. Amma gəlsəm, ilk növbədə sizinlə də görüşərəm, oturub dərdləşərik...
- Ayaz müəllim, belə görünür ki,xa0 Rəşid Bəyazidovun sizə xeyli hörməti var. Bəlkə siz ona zəng etsəniz, xa0sözünüzü yerə salmaz və azərbaycanlıları məsciddən çıxarmaz?
- Yox. İnanmıram ki, o razılaşa. Çünki ortada pul söhbəti var... Azərbaycanlıların diasporu sayca böyük olsa da, pulları azdır. Yəni Moskvada bir sanballı, sözü keçən azərbaycanlı yoxdur ki, irəli dursun, sinəsini qabağa verib həmin Rəşidlə razılaşıb məsələni həll etsin və məscidimiz bağlanmasın?.. Məsələ bundadır...
Sultan Laçın
































































































