Akif Çovdarovun Göyçayda nar bağları “tapıldı”x9d

Hazırda oxunan: Akif Çovdarovun Göyçayda nar bağları “tapıldı”x9d

156151

Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub.xa0

Özəl mənbədən daxil olan məlumata görə, A.Çovdarovun Göyçayda böyük nar təsərrüfatı mövcud olub ki, həmin təsərrüfatdan əldə edilən məhsul bilavasitə Rusiya bazarına ixrac edilib.

Sabiq generalın rayonun Bığır kəndində yerləşən nəhəng nar təsərrüfatının qurulmasına xeyli miqdarda vəsait sərf etdiyinə diqqət çəkən mənbə, A.Çovdarovun Rusiya bazarlarında da “təmizlik işləri”x9d apardığını bildirib. Belə ki, MTN generalı Rusiya bazarına çıxardığı narın rəqabətsiz ortamda satışını təmin etmək üçün nar biznesi ilə məşğul olan digər soydaşlarımızı şantaj yolu ilə özünün təmsil olunduğu bazarlardan çıxarıb.

Mənbənin sözlərinə görə, A.Çovdarovla eyni bazarda təmsil olunan bəzi nar satıcıları MTN-ə dəvət edilərək onlarla “profilaktiki iş”x9d aparılıb. Məhz bu kimi addımlardan sonra kimsə A.Çovdarovla eyni bazarda nar satmağa maraq göstərməyib...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin