13 may 2016-cı ildə Azərbaycan Respublikasının Milli Məclisində aprel ayında Ermənistan hərbi qüvvələrinin təmas xəttində yaşanan hadisələrlə bağlı Prezident Administrasiyasının sektor müdiri Çingiz Əsgərovun, XİN-in rəsmisi Xələf Xələfovun, Müdafiə Nazirliyinin rəsmisi Vaqif Dərgahovun, Baş Prokurorluğun İstintaqa Nəzararət İdarəsinin, Respublika Hərbi Prokurorluğunun, Milli Məclis üzvlərinin, Azərbaycan Respublikasında akkreditə olunmuş beynəlxalq təşkilatların habelə, vətəndaş cəmiyyətini təmsil edən bəzi QHT rəhbərlərinin iştirakı ilə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri”x9d mövzusu geniş müzakirə predmetinə çevrilmiş dinləmələr olmuşdur.
Tədbirdə iştirak edən “Polisə Dəstək”x9d İB-nin sədri Şəmsədddin Əliyev redaksiyamıza təəssüratını bölüşüb: “Tədbiri MM-nin vitse spikeri Bahar xanım Muradova açmışdır. Üç saatdan çox davam edən patriotizm, siyasi-diplomatik xarakterli tədbirdə MM-nin vitse spikeri Bahar xanım təmas xəttindəki aprel hadisələri, beynəlxalq humanitar hüququn problemləri ilə bağlı, Prezident Administrasiyasının sektor müdiri Çingiz Əsgərovun insan hüquqlarının və azadlıqlarının hər gün Ermənistanın işğalçı qüvvələri tərəfindən müstəsna həyasızlıqla və Beynəlxalq hüququn prinsiplərinə zidd halda pozulması, XİN-nin müavini Xələf Xələfovun BMT-nin TŞ-nin məlum qətnamələrinin işləməməsi, təcavüzkar dövlətə qarşı heç bir tədbirin görülməməsi, habelə ATƏT-in hərəkətsizliyi ətrafında iştirakçılara geniş məlumat vermişlər.”x9d
QHT rəhbəri Şəmsəddin Əliyev MM-də keçirilən dinləmələrlə bağlı subyektiv təəssüratlarını və mülahizələrini də diqqətimizə çatdırmışdır:
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakını nəzərə alaraq Bahar xanımın, Çingiz müəllimin, Xələf Xələfovun, hərbiçilərimizin fikirləri nəzəri və praktik baxımdan çox şeydən xəbər verdi. Aprel hadisələri Azərbaycan xalqının öz Prezidentinin, Baş komandan - İlham Əliyevin ətrafında, ərazi bütövlüyünün bərpası istiqamətindəki siyasəti ilə həmrəy olduqlarını nümayiş etdirdilər. Həqiqətən xalqın Prezidentlə bir olması, Azərbaycan dövlətinin təməlini təşkil edən, xalqın vahidliyinin təcəssümünün canlı sübutu bir daha beynəlxalq ictimaiyyətə və ATƏT-in təmsilçilərinə bəyan oldu. Bu, çox ciddi diplomatik və siyasi eyham idi. Əgər əvvəlki mərhələlərdə atəşkəsin bilavasitə təcavüzkar dövlət tərəfindən pozulmasına Azərbaycan tərəfi atəşkəs rejiminə əməl etsə də, vasitəçilik edən beynəlxalq qurumun, Avropada Əməkdaşlıq və Təhlükəsizlik təşkilatının heç bir reaksiyası və “Ay uşaq, yerində dur”x9d ”“ deyən olmurdu.

Lakin, bu ilin aprel ayının əvvəllərindəki erməni ərköyünlüyünə Azərbaycanın hərbi qüvvələri gücünü qismən göstərdi və görk olsun deyə, yüksək əzm və rəşadət nümayiş etdirdilər. Azərbaycan ordusunun sərt təpkisini görən beynəlxalq təşkilatlar təşvişə düşdülər. Gözləmirdilər, ağıllarına da gəlməzdi ki, səbr kasası daşa bilər. Açığı nə Rusiya, nə də TŞ-nin digər üzvləri Azərbaycanı qınağa çəkmədilər. Amma narahatlıq təbii ki, var idi. Bu narahatlıq tərəflər arasındakı müharibənin böyüyüb əhatə dairəsinin genişlənəcəyindən yaranırdı. Ən azı, Ermənistanın istəyi baş tutardısa, yəni Rusiya tərəfi bizim haqq işimizə mane olub işğalçının ərazisində yerləşən hərbi bazasına “müdaxilə et”x9d əmri verilsəydi, Azərbaycan meydanda tək qalmazdı. Qardaş Türkiyə, Pakistan İslam Respublikası bizimlə çiyin-çiyinə duracaqdı. Bu isə, Rusiyaya baha başa gələcəkdi. Həm də, Türkiyə NATO hərbi blokun illərdir ki, sədaqətli üzvü olduğuna görə Rusiya indiki durumunda müharibənin radiusunun genişlənməsini arzu etməzdi. Ermənistan təkləndi və indi də təklənir. Təcavüzkar tərəfə yaxşı heç nə vəd olunmur. Qondarma Dağlıq Qarabağ dövlətinin tanınması ilə bağlı canfəşanlıqları da boşa çıxdı. Azərbaycanın ultimatium xarakterli “Belə bir dövlət tanınarsa, Azərbaycan ərazisi tam azad olunana qədər hərbi müdaxilə davam etdiriləcək!”x9d bəyanatı Yerevanı titrətdi. Hazırda 7 rayonun boşaldılması ilə bağlı fikirlərin reallaşmasına az vaxt qalıb. Döyüşçülərimizin qüdrəti səmərə verir.
Dinləmələrdə hər birimizi kövrəldən bir fakt da iştirakçıların diqqətinə çatdırıldı. Tədbirin keçirildiyi gün ərzində 2-5 aprel döyüşlərində şəhid olanların 40-cı günü, hüzn məclisləri davam edirdi. Bir daha şəhidlərimizin ruhu anıldı. Allah rizası ilə ruhları şad olsun! ”“ dedik.
İşğal olunmuş ərazilərin boşaldılaraq azad olunması hərbi və siyasi baxımdan təcavüzkar dövlətin işğalçılığını təsdiqləyən aspektlərdəndir. Tədbirin də leytmotivini əsas etibarı ilə işğalçı dövlətin ərazilərimizə iddialı olması və onu nəyin bahasına olur- -olsun saxlamaqdan ibarət idi. Bu münaqişə, iki dövlət arasında yox, beynəlxalq miqyaslı münaqişə kimi xarakterizə olundu. Məsələnin uzun illər həll olunmaması bunu təsdiqləmiş olur. Hərçəndi mübahisə iki dövlət arasında olsaydı, şübhə yoxdur ki, ərazi bütövlüyümüz çoxdan bərpa olunmuşdu. (Təəssüflər olsun ki, Helsinki Assambleyası bunu Dağlıq Qarabağ münaqişəsi adlandırır.) Təəssüf doğuran hallardan biri də ondan ibarətdir ki, 1992-ci ildən başlayaraq, bu günümüzə qədər Minsk qrupunun səmərəli addım atmamasıdır. Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpasını Beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-nin məlum qətnamələrinə uyğun tələb edən kimi sərhəddə atəşkəsin pozulması, təxribat xarakterli hərbi əməliyyatlara başlanılır. Məqsəd, təcavüzkar niyyətin qorunub saxlanılması, torpaqların dinc yolla qaytarılmasına mane olmaq, onu gündəlikdən çıxarmaqdır. Sual yaranır: Bu, nə qədər çəkəcək? Cavab belədir: Azərbaycan tərəfi nə qədər susacaqsa, o qədər. Amma susmaq işğalçı dövlətin siyasəti ilə razılaşmaq və taleyimizlə barışmaqdır. “Sizinlə vuruşanlara qarşı siz də vuruşun!”x9d Rəbb kəlamının qüdrəti daxilində torpaqlarımızı işğaldan azad edəcəyik. Əgər danışıqlar dalana dirənərsə döyüş alnımıza yazılıb!...
Bax, burda ATƏT-in rolu civə sütununda 0-a bərabərdir. Zənnimcə, məhz elə bu qurum hərbi əməliyyatlara start verməklə bizi sülh yolundan qəsdən yayındırırlar.
Azərbaycan 1 milyon qaçqın problemi ilə təkbətək qalanda dərdimizlə həmrəy olmadılar bizə yardım əlini uzatmadılar. Azərbaycan dövləti özü bu problemin öhdəsindən gələ bildi. İndi Avropa miqrant probleminin girovuna çevrilib, çaş-baş qalıblar, bacara bilmirlər. İndi, bizi anlayarlar.
Digər narahatçılıq BMT nizamnaməsinin 51 maddəsi ilə uzlaşan səlahiyyətlərinin həyata keçirilməsidir. Ermənistanın bəşəriyyət və insanlıq əleyhinə olan cinayətlərinə göz yumulur. Beynəlxalq aləmdə “haqq və ədalət”x9d qandallanır, hərbi tribunallar korrupsiya girovundan kənara çıxa bilmirlər, fəaliyyətlərində müstəqil deyillər və s.
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğun nümayəndələrinin Azərbaycan döyüşçülərində döyüş əzminin və döyüş ruhunun əvvəlki illərdən də yüksək olması fikirləri hər birimizə xoş ovqat bəxş etdi. Allah, hərbiçilərimizi qorusun!
Düşündüyüm və qənaətim belədir ki, vətəndaş cəmiyyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin, Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətinin formalaşdırılmasında daha çevik və fəal iştirak edirlər, ona dəstək olmağa hazırdırlar.
Dinləmələrin pərdəarxası görüntüləri və diplomatik əhəmiyyət kəsb edən eyhamları da oldu. Bu, “qızım, sənə deyirəm, gəlimin, sən də eşit!”x9d Azərbaycan zərb məsəlinin anlamına uyğun səslənirdi. Əslində tədbirdə səslənən hər bir fikir, tənqidlər, qınaqlar və bəyanat xarakterli ifadələr beynəlxalq təşkilatların nümayəndələrinə və onların hesabat verəcəyi personalara ünvalanırdı. Bu baxımdan, tədbirin qeyd olunan formatda keçirilməsi çox lazım idi.
Sağ olun!




































































































